Azərbaycanda koronavirusla bağlı günün SON STATISTIKASI

Bu gün aparılan test sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 6-na olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bidirir ki, məlumata əsasən bu gün ölkədə 8397 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 343 nəfər reanimasiyada, 60 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 12 182 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6240 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 522 773 test aparılıb.

 

Xatırladaq ki, bu gün Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub, 440 nəfər sağalıb, 8 nəfər isə vəfat edib.






Fikirlər