Azərbaycanda koronavirusla bağlı günün SON STATISTIKASI

Azərbaycanda süni tənəffüs cihazında olan xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 21-nə olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən bu gün ölkədə 5 776 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 165 nəfər reanimasiyada, 37 nəfər isə süni tənəffüs cihazındadır.

Qeyd olunub ki, bu gün 4 947 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 422 049 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 491 nəfər koronavirusa yoluxub, 283 nəfər sağalıb, 6 nəfər isə vəfat edib. Ölkədə indiyədək 12 729 nəfər koronavirusa yoluxub, onlardan 6 799-u sağalıb, 154-ü vəfat edib.






Fikirlər