Azərbaycanda koronavirusla bağlı günün SON STATISTIKASI

Azərbaycanda reanimasiyadakı koronavirus xəstələrinin sayı artdı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 20-nə olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən bu gün ölkədə 5574 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 167 nəfər reanimasiyada, 36 nəfər isə süni tənəffüs cihazındadır. Dünən reanimasiyada olan xəstələrin sayı 158 nəfər olub. 

Qeyd olunub ki, bu gün 6627 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 417 102 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 471 nəfər koronavirusa yoluxub, 191 nəfər sağalıb, 5 nəfər isə vəfat edib. Ölkədə indiyədək 12 238 nəfər koronavirusa yoluxub, onlardan 6516-sı sağalıb, 148-i vəfat edib.

 






Fikirlər