Əsirlikdə olan iki əsgərimizin döyülmə videosu yayılıb -İDDİA - FOTO-VİDEO

Sosial şəbəkələrdə iki azərbaycanlı hərbi əsirin erməni silahlıları tərəfindən döyüldüyü iddia olunan video yayılıb. Videonun 10 noyabr tarixində Şuşakənd yaxınlığında çəkildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, rəsmi məlumata əsasən, hazırda Ermənistanda 3 azərbaycanlı əsir var. Videodakı döyülən şəxslərin həmin əsirlərdən olub-olmadığı hələ ki, bəlli deyil. Videodan əsgərləri döyənlər biri daha sonra Azərbaycan Ordusuna əsir düşüb. 

Tezliklə aidiyyatı qurumların məsələ ilə bağlı rəsmi açıqlama verməsini gözləyirik.

 

Əsgərləri döyənlərdən biri - aşağıdakı fotodakı erməni əsgəri bu yaxınlarda Azərbaycan Ordusu tərəfindən əsir götürülüb.






Fikirlər