Bakının iki rayonunda içməli su problemi yarandı ...
Bakının iki rayonunun müəyyən hissələrinə içməli suyun verilməsində fasilə yaranıb. Yenisabah.az xəbər verir ki, bu barədə “Azərsu ASC” məlumat yayıb. Bildirilib ki, buna səbəb su kəmərində baş vermiş qəzadır. Qeyd olunub ki, qəza ilə əlaqədar Nərimanov rayonunun M.Əlizadə, N.Yusifbəyli, M.Qaşqay, N.Rəfibəyli ş, Azadlıq, Y.V.Çəmənzəminli, M.Sənani və Nəsimi rayonunun H.Əliyev, S.Vurğun, C.Məmmədquluzadə, A.Səhhət, Novruzov qardaşları, S.Rəhman küçələrinə içməli suyun verilişində fasilə yaranıb. “Azərsu” ASC-nin qəza briqadaları hadisə yerində işləyir.