Görkəmli dövlət xadimi Həsən Həsənov SDU-da olub...

Görkəmli dövlət xadimi, alim Həsən Həsənov yanvar ayının 29-da Sumqayıt Dövlət Universitetində olub.
"AzerTaym.az"-a qurumun mətbuat xidmətindən bildirildi ki,SDU-nun rektoru dosent Rüfət Əzizov hörmətli qonağı salamlayıb, onu rəhbərlik etdiyi ali təhsil ocağında görməyindən məmnun olduğunu bildirib.
Rektor Rüfət Əzizov böyük elmi-tədqiqat potensialı olan universitetin qarşısındakı hədəflər və ona gedən yolda atılan addımlar barədə Həsən Həsənova geniş məlumat verib.
Görüşdə Həsən Həsənovla müasir Azərbaycan tarixi, Azərbaycan tarixinin tədrisi metodikası, təhsildə Azərbaycan tarixinin tədrisi vəziyyəti, tarixin tədrisinə yeni yanaşmalar haqda məsələlər müzakirə edilib.
Görkəmli alimin Azərbaycan tarixi ilə bağlı SDU tələbələrinə mütəmadi olaraq ustad dərsləri keçməsi barədə razılıq əldə olunub.
Görüşün sonunda Həsən Həsənov SDU-nun Heydər Əliyev Mərkəzini ziyarət edib. Burada yaradılan şəraitlə tanış olub və Ümummilli Liderin fəaliyyətini əks etdirən eksponatlara baxış keçirib.






Fikirlər