SƏHİYYƏ NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİLİR - Altı vəzifəli şəxs saxlanılıb + FOTO (Yenilənib)

Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb.

"AzPolitika"-ın "bakupost.az"-a istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.


  Səidə Rüstəmovanın adı son günlərdə saxta setifikat məsələsində gündəmə gəlmişdi.

***

Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

"AzPolitika" "bakupost.az"-a istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edilir ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.






Fikirlər