DYP-dən vətəndaşlara XƏBƏRDARLIQ

 

 
DYP-dən vətəndaşlara xəbərdarlıq
Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsindən Axar.az-a verilən məlumatda bildirilir ki, səhər saat 08:00-dan tədbir tam başa çatana qədər – İzzət xanım Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.
Sözügedən istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün vətəndaşlara, sürtücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.
 






Fikirlər