Pərdə və plyonkaya görə 138 sürücü cəzalandırıldı

Yol polisi qaydaya əməl etməyən sürücülərə qarşı reydləri davam etdirir Avtomobillərin arxa, yan şüşələrində sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkaların istifadəsinə verilən icazə müddəti başa çatdığından yol polisi qaydaya əməl etməyən sürücülərə qarşı reydləri davam etdirir. 

 

Bu haqda Modern.az saytına açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu günə olan məlumata görə, 138 sürücüyə qarşı cəza tədbirləri həyata keçirilib:

“Noyabrın 16-sı səhər saatlarından noyabrın 21-i saat 12:00-a qədər, Bakı şəhəri üzrə paytaxtın 12 rayonu daxil olmaqla istər kustar, istərsə sənaye üsulu ilə hazırlanan və nəqliyyat vasitələrinə quraşdırılan pərdə, plyonkalarla avtomobil idarə edən 138 sürücüyə qarşı tədbir görülüb. Saxlanılanlar arasında “məlumatsızam” deyənlər çoxdur. “Yadımdan çıxıb”, “avtomobili uzun müddət istifadə etmədiyim üçün diqqət yetirməmişəm” deyənlər də olub.

Bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm ki, söylənilən bu ifadələr sürücüləri məsuliyyətdən azad etmir”.

“Yol Hərəkəti” haqqında qanunun tələblərinə uyğun olaraq avtonəqliyyat vasitələrinin istismar qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsi ilə 150 manat cərimə nəzərdə tutulub.

Pərdə və plyonkaların istifadəsinə may ayının 1-dən noyabr ayının 15-ə qədər icazə verilir.






Fikirlər