Eldar Mahmudovun mühafizəçisi- RƏİS OLDU

Eldar Mahmudovun mühafizəçisi-RƏİS OLDU

 AzerTaym.az xəbər verir ki, korrupsiya və rüşvətxorluğa bulaşaraq,ölkənin milli təhlükəsizlik sistemini töhmət altında qoymuş Eldar Mahmudovun nazir kreslosundan uzaqlaşdırılmasından sonra,ölkə prezidenti İlham Əliyev Mədət Quliyevi Milli Təhlükəsizlik nazirinin müavini,ardınca da MTN-ni iki yerə bölərək cənab Quliyevi yeni yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri təyin etdi.

Mədəq Quliyevin gəlişi ilə MTN-ndə yuva qurmuş cinayətkar dəstələr yavaş-yavaş təmizlənməyə başlanıldı və müxtəlif rayon –şəhər şöblərinin rəisləri yeniləri ilə əvəz olundular.


Redaksiyamızın əldə etdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri sabiq nazirin uzun illər canını qorumuş və onun təhlükəsizliyinə birbaşa təkim edilmiş şəxsidə unutmayıb. Məlumata görə Mədət Quliyev Eldar Mahmudovun cangüdənin paytaxtın rayonlarından birinə rəis təyin edib. Maraqlıdır görəsən cangüdənin Dövlət Təhlükəsizlik Xidmətində necə iş prinsipinə malikdir ki, cənab DTX-nin rəisi onu belə idarə rəisi postu ilə mükafatlandırıb.

Redaksiyadan6 Həmin şəxsin hansı rayona rəis təyin olunduğu və adı soyadı bəlli olduğundan, müəyyən səbəblərdən həmin şəxs haqqında örtülü yazmağı üstün tutduq.(vətəninfo.az)






Fikirlər