Təcridxanaya rəis TƏYİN EDİLDİ
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yeni rəis təyin olunub. “AzerTaym” Trend-ə istinadən xəbər verir ki, 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Cəlil Əliyev 3 saylı İstintaq Təcridxanasına rəis təyin edilib. 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb. Qeyd edək ki, 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov noyabrın 27-də vəzifəsindən azad olunaraq, 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi təyin edilib.