Alverçilərə bəd, maşın almaq istəyənlərə şad xəbər - Artıq Azərbaycanda da mümkün oldu
Amerika, Koreya, Türkiyə, demək olar ki, dünyanın bir sıra ölkələrində təqdim olunan xidmət Azərbaycanda da aktivləşib. AzerTaym.az Milli.Az-a istinadən xəbər verir ki, artıq Azərbaycanda da avtomobillərin qəza tarixçəsinə baxmaq mümkün olacaq. Bu xidmətdən "Smsradar" tətbiqi vasitəsi ilə yararlanmaq mümkündür. Xidmətdən yararlanmaq üçün avtomobilin vin kodunu yazmaq kifayət edir. 3 manata avtomobilin Azərbaycanda baş verən qəzalarına dair tarixçəni öyrənmək olur. Qeyd edək ki, sığortanın çağırılmadığı qəzalar sistemdə göstərilmir.