Azərbaycanda 300 minlik qəza- FOTOLAR

Azərbaycanda 300 minlik qəza- FOTOLAR Qəbələ şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, hadisə şahidlərinin oxu.az-a verdiyi məlumata görə, dekabrın 13-də Qəbələ şəhərində 10 KJ 200 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen” markalı avtomobil digər 10 BZ 555 dövlət nömrə nişanlı “Mercedes-Benz Gelandewagen”lə toqquşub.

Məlumata əsasən ciddi xəsarət alan olmasa da avtomobillər yararsız hala düşüb.

Hadisə barədə məlumatı Qəbələ rayon Yol Polisi İdarəsindən təsdiq ediblər.

Qeyd edək ki, “Mercedes-Benz Gelandewagen” markalı avtomobilin orta qiyməti 120-150 000 ABŞ dolları təşkil edir.






Fikirlər