Çörək sexində faciəvi şəkildə ölən qadının FOTOSU...

 Xəbər verdiyimiz kimi, yanvarın 7-si çörək zavodunda fəhlə işləyən qadın Mətanət Həsənova qurğuya düşərək həyatını itirib.

 AzerTaym.az bildirir ki, metbuat.az Mətanət Həsənova haqqında bir neçə məlumat əldə edib. Məlum olub ki, "İsrafiloğlu" MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənova Lənkəran rayonunun Liman şəhərindən Bakıya işləməyə gəlib.

Xatırladaq ki, Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir.

Mərhumun fotosunu təqdim edirik:

 

 






Fikirlər