"Özümü Rəhmansız təsəvvür etmirəm, hətta məzar yerimiz də hazırdır, yanyanayıq" Aktyorun xanımı - FOTOLAR

Bir müddət əvvəl “Elgizlə izlə” verilişində əməkar artist Rəhman Rəhmanov həyat yoldaşı Gülbiçə xanımdan ayrıldığını açıqlamışdı. Rəhman Rəhmanov verilişə evlənmək üçün gəldiyini bildirərək “hətta xanımım da mənə halallıq verib” deyə bildirmişdi.
 
Moderator.az olaraq dəfələrlə sənətkara suallar ünvanlasaq da, cəhdlərimiz boşa çıxırdı. Nəhayət ki, həm Rəhman Rəhmanov, həm də xanımını danışdırmağa müvəffəq olduq.
 
Sənətkar hər bir şeyi başından bizə danışdı.
 
“Günlərdir haqqımda saytlarda yazırlar ki, guya həyat yoldaşımdan boşanmışam. Bir-neçə jurnalist zəng edib, xəbərin doğru olub-olmadığını soruşurdu. Əslində bu xəbərin yayılmasında bir növ özüm günahkaram, saytları qınamıram. Bu haqda “Elgizlə izlə” verilişdən sonra ilk və yeganə saytsınız ki, sizə danışıram. Bilirsiniz ki, mən həmin verilişdə ekspert qismində çıxış edirəm. Verilişə evlənmək üçün nə qədər insan gəlir. Mən də zarafatca dedim ki, evlənsəm heç mənim üçün talib gəlməz. Kübra xanım da gördüm ki, məsələyə ciddi yanaşdı. Mənə sual verdi ki, “O cür qadından boşanmaq olar?”. Mən də dedim ki, özü çıxıb getdi. Bunu mən özüm bilərəkdən etdim ki, Novruz bayramında deyim ki, zarafatdır. Hətta kosa-keçəl gətirməyi də düşünürdüm. Veriliş bitdiyi üçün biz bu açıqlamanın zarafat olduğunu deyə bilmədik. Camat elə başa düşdü ki, mən boşanmışam. 1-ci gün açıqlamalı idim, amma elə oldu ki, qardaş Türkiyədə baş vermiş zəlzələ ilə bağlı verilişin formatında dəyişiklik oldu. Beləcə 2 həftə biz bu haqda heç nə danışmadıq, camaat da elə bildi ki, boşanmışıq. Mən bunu şou xatirinə, zarafatca demişdim” deyə sənətkar bildirib.
 
Sənətkar daha sonra həyat yoldaşından danışıb.
 
“Gülü elə bir xanımdır ki, onun üstünə acıqlana da bilməmişəm. O hər şeyin yerini bilən ağıllı xanımdır. Gülü başqa bir qadındır. Qadınlığını qoyuram kənara, insan kimi də gözəldir. Biz elə bir dövrdə yaşayırıq ki, saytlara, jurnalistlərə sənətkarın sənətindən çox, onun ailəsi, şəxsi həyatı maraqlıdır. Bəzən sənətkarlarımızı elə aşağılayırlar ki. Bunu qəbul edə bilmirəm. Bu iş deyil, səviyyəsizlikdir” deyə aktyor bildirib.
 
 
Sənətkarın xanımı Gülbiçə Rəhmanova da saytımıza açıqlama verib.
 
 
“Özümü Rəhmansız təsəvvür edə bilmərəm. Onsuz mənim üçün həyat heç nə olar. Bizim axirət yerimiz də hazırdır. 2004-cü ildə oğlumuzu torpağa tapşıranda onun yanında yer götürdük. Həm Rəhman üçün, həm də özüm üçün. Axır-əvvəl torpağa gedəcəyik də. İndiyə qədər Rəhmanla aramızda bir gün də inciklik olmayıb. Ola da bilməz. Ondan çox razıyam. Yerdən göyə qədər, göydən yerə qədər. Ailə başçısı kimi o mənim sirdaşımdır, dostumdur və başımın tacıdır” deyə xanımı bildirib.
 
1028665102866610286681028667






Fikirlər