Koronavirus Rusiyanı cənginə alıb - Son 24 saatda 337 nəfər ÖLÜB ...

Koronavirus Rusiyanı cənginə alıb - Son 24 saatda 337 nəfər ölüb

Rusiyada son sutka ərzində koronavirusa 8702 yeni yoluxma halı qeydə alınıb.

 Ölkə üzrə virusa yoluxanların sayı 4 641 390 nəfərə çatıb.

Rusiyada son bir gündə 337 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 102 986 nəfərdir. İndiyədək 4 265 509 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir. Yenisabah.az






Fikirlər