“Rusiya və Çin ABŞ-ın Əfqanıstanda qalan helikopterlərini söküb sistemini öyrənirlər” - Tramp

“Rusiya və Çin ABŞ-ın Əfqanıstanda qalan helikopterlərini söküb sistemini öyrənirlər” - Tramp

"Rusiya və Çin ABŞ-ın Əfqanıstandan götürmədiyi helikopterləri artıq söküb və onun sistemini öyrənirlər. Onlar “Apaçi” helikopterlərini söküblər. Onun sistemini öyrənib tezliklə ən yaxşı texnikanı yığacaqlar".

Yenisabah.az xarici KİV-nə istinadla xəbər verir ki, bu sözləri Amerikanın sabiq prezidenti Donald Tramp deyib.

 

Xatırladaq ki, ABŞ ordusu 11 sentyabra qədər bütün Əfqanıstan ərazisində olan hərbçilərini, bu ölkədən dislokasiya etməyi bacarmışdı. Nəticədə isə 15 avqustda paytaxt Kabilin tutulmasından sonra, ABŞ ordusuna məxsus bir çox silah-sursat və zirehli texnika, "Taliban" tərəfindən qənimət deyə ələ keçirilmişdi. 






Fikirlər