29.01.2014. - B.Obama: "İştirakçısı olduğumuz ən uzunmüddətli müharibə nəhayət bitəcək"

29.01.2014. -  B.Obama: "İştirakçısı olduğumuz ən uzunmüddətli müharibə nəhayət bitəcək" Amerika prezidenti onu da vurğulayıb ki, ABŞ və Əfqanıstan arasında münasibətlər tədricən dəyişəcək.
Bu ilin sonuna qədər ABŞ ordusunun əsas hissəsini Əfqanıstandan çıxaracaq.

AzerTaym.az-ın İtar-Tass agentiliyinə istinadən verdiyi məlumata görə, ABŞ Əfqanıstanda müəyyən miqdarda hərbçi saxlayacaq ki, onlar da əfqan ordusuna və təhlükəsizlik qüvvələrinə yardım edəcək. Bunu Barak Obama, dünən ABŞ-da “Ölkənin vəziyyəti haqqında” Konqresində çıxış edərkən bildirib.

“Hazırda, əfqan qüvvələri öz ölkəsinin təhlükəsizliyində aparıcı rol oynamağa başlayır. Buna görə də, bizim ordu hissələrimiz üzərinə köməkçi rol götürür. Öz müttəfiqlərimizlə birlikdə biz öz missiyamızı bu ilin sonuna kimi başa çatdıracayıq. Amerikanın iştirak etdiyi ən uzunmüddətli müharibə nəhayət bitəcək”,- deyə, ABŞ administrasiyasının başçısı bildirib.

B.Obama əlavə edib ki, Amerika Əfqanıstan dövlətini dəstəkləyir: “2014-cü ildən biz özü özününü gələcəyinə görə məsuliyyət daşıyacaq vahid Əfqanıstan dövlətini dəstəkləyəcəyik. Əgər əfqan höküməti bizimlə razılaşdırılmış təhlükəsizlik haqqında müqaviləni bağlasa, onda bizim ordumuzun kiçik bir hissəsi NATO üzrə müttəfiqlərlə iki tapşırığı həyata keçirmək üçün Əfqanıstanda qalacaq".

Obama onu da vurğulayıb ki, ABŞ və Əfqanıstan arasında münasibətlər tədricən dəyişəcək. Amma, bir şey dəyişməz olaraq qalacaq.






Fikirlər