BACISI Qənirə Paşayevanın əməliyyatı HAQDA DANIŞDI
Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva Türkiyədə əməliyyat olunub.
Modern.az-ın məlumatına görə, Qənirə xanımın bacısı Kəmalə Paşayeva deputatın durumu ilə bağlı açıqlama verib.
“Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn karpal tünel narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub. Hazırda hər şey yaxşıdır . Özünü yaxşı hiss edir. Türkiyənin Memorial Şişli Xəstaxanasının dəyərli həkim kollektivinə təşəkkür edirik”, deyə K.Paşayeva bacısının vəziyyəti haqda bildirib.