ABŞ SƏFİRİ XANIMI ilə Bakı çimərliyində iməcilik təşkil etdi - Fotolar

“ABŞ səfiri xanımı ilə Bakı çimərliyində iməcilik təşkil etdi - Fotolar

Aprelin 23-də ABŞ səfiri və onun həyat yoldaşı xanım Sekuta ABŞ hökumətinın sponsorluq etdiyi FLEX proqramının məzunları ilə birgə Yer Gününü qeyd edib və Abşeron yarımadasında yerləşən çimərlikdə təmizlik işlərini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, Səfirlikdən virtualaz.org-a verilən məlumata görə, təmizlik işləri yekunlaşandan sonra Səfir Sekuta Abşeron Dövlət Parkına səfər edərək "Parklarda Gəzinti" kampaniyasının startını bəyan etmişdir və kampaniya çərçivəsində gələn il ərzində Azərbaycanın bütün milli parklarına səfər etmək niyyətini bildirib.
Səfir Sekuta qeyd edib ki, Azərbaycanın milli parklarına səfər etməsi ABŞ-ın milli park sisteminin yüzillik ildönümünə təsadüf edir. O, qeyd edib ki, milli parkların yalnız təbiətin qorunması və ya insanların təbiətə səfər etməsində deyil, həmçinin gəlirin əldə olunmasındada çox vacib olduğunu, ABŞ-ın milli park sistemi hər il təxminən 30MİLLİON dollar gəlir gətirdiyini bildirib. Səfir həmçinin ətraf mühitin yalnız milli parklarda deyil, ümumilikdə təbiətin qorunmasının vacibliyini qeyd edib. O, həmçinin, deyib ki, parka etdiyi səfər və çimərlikdə aparılan təmizlik işləri hər bir kəsə ətraf mühitin qorunmasında oynadığı rolu xatırlatmalıdır.

Səfir Sekuta Ekologiya Nazirinə Azərbaycanın milli parklarına səfər etmək imkanına və parkların işçi heyyətinə sözügegən səfərlərin gerçəkləşməsində yardım etdiklərinə görə təşəkkür edib.

Məzunların Çimərlik Təmizləmə tədbiri FLEX proqramının məzunları tərətindən irəli sürülən və hər il baş tutan bir tədbirdir. Sözügedən məzunların əksəriyyəti ABŞ-da orta məktəb və ya universitet tələbələridir ki, onlar amerikan ailələrində yaşayaraq bir il ABŞ-ın orta məktəblərində təhsillərini davam ediblər. Bu ilki Yer Gününün qeyd olunmasında ABŞ-da təhsil almış 25 məzun və ABŞ Səfirliyinin 15 nümayəndəsi iştirak edib.

 

ABŞ səfiri xanımı ilə Bakı çimərliyində iməcilik təşkil etdi - Fotolar

 






Fikirlər