Bir ildir ki, işçilərin bu hüquqları da pozulur... - AMMA...

"Nəzərinizə çatdırım ki artıq ildən çoxdur ki "Socar" KQİT-d işçilərə uniforma vermir".

"DİA-AZ xəbər verir ki, bunu öz gileyində SOCAR Kompleks Qazma İşləri Trestində (KQİT) çalışan işçilərdən biri yazıb.

Narazı vətəndaş daha sonra qeyd edir: "Nə forma, nə də ki uzunboğaz çəkmə də verilmir. Bunun səbəbi nə ola bilər ki?

Bu müddət ərzində yalnız bir bölümə bir neçə müavin gəlməyinin şahidi olmuşuq başqa iş görən yoxdur..."

"DİA-AZ" bildirir ki, bu gileyə reaksiya verən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı əlaqədar qurumları hərəkətə keçməyə çağırıb:

"Bu məsələnin araşdırılmasına ehtiyac duyulur.

Əgər şikayət düzdürsə, bu halda KQİT tərəfindən Azərbaycan Repsublikası Əmək Məcəlləsinin 209-cu maddəsi pozulmuş olur. Həmin maddədə işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi aydın ifadələrlə qeyd olunur..."






Fikirlər