Gözündə kədər, boğazında qəhər... - Bir qazinin HEKAYƏTİ ...

 

Gözündə kədər, boğazında qəhər... - Bir qazinin HEKAYƏTİ

Ölüm haqdır. Torpaqdan yaranan bir gün torpağa qovuşacaq. Bu tale hamımızın alnına yazılıb...

Onun - Birinci Qarabağ Müharibəsinin iştirakçısı olan əziz dayımın ölümü hamını yandırdı. O, Cəbrayıl həsrətiylə bu dünyadan köçdü. 28 il Allahın əsir mələyi olan doğma Cəbrayılın həsrətiylə...

Hüseynov Aqil Qabil oğlu 23 Aprel 1965 ci ildə Cəbraylı rayonunun Papı kəndində zəhmətkeş bir ailədə dünya göz açıb. Aqil valideyinlərinin üç qız övladından sonra dünyaya gələn oğul idi. Evin tək oğlan övladı olduğundan ona hər şeyin ən yaxşısını layiq bilirdilər. Əvəzində Aqil də yaxşı oğul, yaxşı qardaş olmağa çalışır, eyni zamanda yaxşı oxuyur və ali təhsilə yiyələnirdi. Millətimizin başına gələn 20 yanvar faciəsi və Xocalı qətliamından sonra Aqil özünə yer tapa bilmirdi. Beləliklə, o, 1993 ildə könüllü olaraq ordu sıralarına yazılır. 

Aqil Hüseynovun zəngin döyüş yolu olub. Bir çox qanlı əməliyyatlarda yaxından iştirak edib. O, cəsur tankçı idi. Hədəfi dəqiq nişan aldığı üçün döyüşçü dostları onu çox sevirdilər. O isə Cəbrayılı çox sevirdi. Doğma yurdun düşmən tapdağına düşməməsi üçün irəli atılmaqdan çəkinmirdi.

1993-cü ildə qanlı döyüşlərin birində Aqil ağır yaralanır. Uzun müddət hərbi hospitalda müalicə olunur. Səhhəti yaxşılaşan kimi yenidən cəbhəyə qayıtmaq istəyir. Amma həkimlər icazə vermirlər. 1993-cü il avqust ayının 23-də Cəbrayılın işğal xəbərini Aqil Hüseynov xəstə yatağında eşidir.

İşğaldan sonra Aqil əvvəlcə ailəsi ilə birlikdə Beyləqan rayonunda, ordan da Saray qəsəbəsində məskunlaşır. Yurd həsrəti, torpaq acısı bu ailənin taleyinə öz möhürünü vurur. Əvvəl anası Adilə xanım, yeddi gün sonra da atası Qabil kişi vəfat edir. Valideynlərinin doğma torpağı görmədən dünyadan köçməsi həmişə Aqili kədərlədirirdi. Söhbətlərində həmişə nə olur-olsun işğalda olan torpaqları geri almalı olduğumuzu deyirdi. Müharibənin vacibliyini bilirdi. 

27 sentyabır 2020-ci ildə Vətən Müharibəsi başlayanda Aqil döyüşlərə qatılmaq üçün çox çalışdı. Amma yaşı və səhhəti buna imkan vermirdi. Oğlu deyəndə ki, ata mən əsəgərlərə arxa cəbhədə kömək edirəm, ona sanki dünyanı vermişdilər. Artıq onun özü kimi vətənpərvər oğlu var idi. Cəbrayıl azad olananda hamı kimi Aqil Hüseynov da sevincindən yerə-göyə sığımırdı. Deyirdi, ordakı evi özü bərpa edəcək, həm də öz hesabına. Həyətində əkəcəyi ağacların yerini belə düşünmüşdü. Çox istəyirdi yenicə işğaldan azad olunan doğma kəndinə getsin. Amma mənfur düşmənin əraziləri minalaması səbəbindən əraziyə giriş qadağan olunmuşdu və o, bu arzusuna çata bilmədi. 

Bu il mart ayının 3-də onun Cəbrayılla birgə döyünən ürəyi qəfildən dayandı. Doğma yurduna cismi ilə deyil, ruhu ilə qovuşdu. Dayım sanki yutd nisgili ilə dünyadan köçəcəyini bilirdi və bunu yazdığı şeirə köçürmüşdü: 

Məndən sonra yolun düşsə o kəndə 

Deməyin yoxam, aman, deməyin, 

Məni soruşub hər adımı çəkəndə 

Deyin salamatdı, dünən görmüşəm. 

De hər gün arzuladı, səni istədi, 

Deməyin ölmüşəm, deyin xəstədi. 

Tale yazan yazıdı bax belə. 

Qoy elə bilsin sağam mən hələ. 

Nə qədər gözləyib yenə gözləyər, 

Məni soraqlayıb soruşsa əgər. 

Deməyin ölüb, qəlbinə dəyər. 

Boylanıb yollara o çox gözlədi. 

El obanı deyib, hey əzizlədi. 

Gözləri yoldadı, qulağı səsdədi. 

Deməyin ölmüşəm, deyin xəstədi. 

Bilirəm axtarıb məni gəzəcək, 

Gözümə dəymir, hanı, deyəcək. 

Desə gəlmədi, deyin gələcək. 

Gələcək izimi o qarış qarış. 

Yalanla barış, sən yalan danış. 

Deyin yataqdadı o can üsdədi. 

Deməyin ölmüşəm deyin xəstədi. 

Birdən yolun düşər bizim məhələyə. 

Çəkirsən gizlincə bir təkliyə. 

Qapımızdan bir ovuc torpaq götür. 

Nə olar mənə xatir onu qəbrimə gətir. 

Ruhum elə dincələr. Ayaq açıb gələrəm ora gecələr. 

Deməyin ölmüşəm deyin xəsdədi... 

Xatirələrimdən: Toylar yaraşığı idi dayım. Qohumlarda, ailəmizdə toy olanda çox sevinirdi. Biz də sevinirdik ki, Aqil var. Toyumuz çox maraqlı, şən keçəcək. Daha çox qara zurnanın havasına süzərdi. Mənim toyuma da özü xususi olaraq qara zurna gətirtmişdi. Oynamağı, deyib-gülməyi bacıların, qardaşın, uşaqlarını başına yığıb şənləməyi çox sevərdi dayım. Aqil bizim toy-bayramımızın şənliyi, üzümüzün gülüşü idi. Amma Allah o şənliyi, gülüşü bizlərə çox gördü. Nur üzlü dayım yerin behişt olsun. 

Yıxıldı bir evin sanki dayağı, 

Bağlandı kitabın bütün varağı. 

Qalmayıb həyatın inan marağı 

Bizi atıb niyə getdin ay dayı. 

Elyanə AKİFQIZI

Gözündə kədər, boğazında qəhər... - Bir qazinin HEKAYƏTİ
Gözündə kədər, boğazında qəhər... - Bir qazinin HEKAYƏTİ
Gözündə kədər, boğazında qəhər... - Bir qazinin HEKAYƏTİ
Gözündə kədər, boğazında qəhər... - Bir qazinin HEKAYƏTİ






Fikirlər