Oğul anasını bıçaqladı — Pul vermədiyi üçün

Oğul anasını bıçaqladı — Pul vermədiyi üçün

Gəncə şəhərində oğul anasını bıçaqlayıb.

Ölkə.Az “Report”a istinadən xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1970-ci il təvəllüdlü Hüseynova Nargilə İsrail qızı öz oğlu Aqil tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hər iki bud nahiyəsindən bıçaqlanan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, N.Hüseynova həmin ərazidə kirayədə yaşayır. Oğlu Aqil dəfələrlə anasından pul istəyib. Bu dəfə N.Hüseynova oğluna pulu olmadığını və ona pul verə bilməyəcəyini bildirib. Bununla razılaşmayan Aqil anasını bıçaqlayıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi