Prezident Administrasiyasındakı vəzifələr ali TƏSNİFATDAN ÇIXARILDI

Milli Məclisin iclasında Dövlət müşaviri və Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik müzakirə olunub


Modern.az-ın məlumatına görə, “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur. Layihəyə əsasən, dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır. Xatırladaq ki, Dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub. 

Layihə səsə qoyularaq qəbul olunub

 






Fikirlər