Fransa Ermənistanı silahlandırır, ermənilər qorxuya düşüb: “Azərbaycan Ordusu İrəvana girəcək və...”
Fransanın Ermənistana verdiyi 50 təkərli zirehli texnika “qan dənizi” yarada bilər. Paris isə ordumuzu tezliklə “döyüşə tam hazır silahlanmış” vəziyyətə gətirəcək və biz nəinki Bakıya, hətta İstanbula da hücum edə biləcəyik. Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Ayk Nahapetyan deyib. “Yeri gəlmişkən, bu zirehli maşınları adi qumbaraatanla sıradan çıxarmaq olar. İndi bu 50 maşın Ermənistana çatdırılıb və burada hamı dana sevinci ilə qışqırır: “Baxın, baxın, Fransa bir-iki silah da göndərsə, Türkiyəni də alacağıq”. Azərbaycan isə sakitliyə çağırır və cavab verir ki, əgər siz müharibə istəyirsinizsə, mən qabaqlayıcı tədbirlər görə bilərəm. Fransa Bakının bəyanatlarına və səmamızın tamamilə Azərbaycanın nəzarəti altında olmasına baxmayaraq, bizi silahlandırıdığını təqlid edir. Paris həmçinin Ermənistana öz hərbi kəşfiyyatçılarını göndərmək arzusunu bildirir. Amma bu hərbçilərə Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sistemini idarə etmək üçün avadanlıqların işlədiyi bütün xidmət sahələrinə girməyə icazə verilməli və təbii ki, NATO üzvü olan fransız zabitlər bu sistemdən istifadə etməlidir. Bütün bunları niyə deyirəm? Çünki bunların nəticəsində Rusiya və 102-ci hərbi baza Ermənistanı tərk edəcək. Bu, növbədənkənar parlament seçkisindən sonra baş verə bilər. Beləliklə, Rusiya regionu tərk edəcək və onunla bütün əlaqələr kəsiləcək. Bundan sonra Azərbaycan hərbi əməliyyata başlayacaq, tanklarla İrəvandakı hökumət binasına qədər gəlib Nikola deyəcək: “Çıx, ey rəzil qorxaq, indi baxarıq”, - o bildirib.