Sərhədimizdə aktivləşmə var: “Kəşfiyyatçılar” hərəkətə keçdi
Son günlər Rusiya rəsmiləri Qərbin Cənubi Qafqaza daxil olmasının qarşısını almağın zəruriliyindən danışırlar. Kremldən verilən açıqlamalarda Qərbin regiona gəlişi sülh, əmin-amanlığa təhdid kimi qiymətləndirilir. Ötən gün Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri”nin aktivləşməsi ilə bağlı xəbərlərin yayılması fonunda bu açıqlama diqqət çəkib. AzerTaym.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Cənubi Qafqaz uğrunda tarixən böyük güclər mübarizə aparıb: vakansiya 2023 “Regionun təbii sərvətləri, strateji əhəmiyyəti hər zaman böyük güclərin iştahını qabardıb. Bu gün də vəziyyət belədir. Son illərdə xüsusilə Zəngəzur dəhlizi və enerji resursları səbəbində regionun əhəmiyyəti artıb. Təbii resurslar, nəqliyyat yolları uğrunda mübarizədən başqa, Ermənistan-Azərbaycan münaqişəsinin həlli uğrunda da mübarizə var. Faktiki olaraq Rusiya və Qərb sülhün kimin vasitəçiliyi ilə imzalanması məsələsində mübarizə aparırlar. Rusiya oyunçular içərisində regionu daha yaxşı tanıyan və əlaqəsi olan ölkədir. Hətta Rusiyanın regional münaqişələri yaratdığını nəzərə alsaq, həllində söz sahibi olmaq istəməsi də başadüşüləndir. Qərb isə öz dəyərləri, reallıqları və maraqları ilə proseslərə baxır, həll yolları təklif edir. Bu da region ölkələrindən birini mütləq narazı salır. Kremlin narahatlığına baxmayaraq, Qərb regiona daxil olub. Bu, Gürcüstan və Ermənistanda aydın hiss olunur. Yəni Kreml istəsə də, istəməsə də Qərbin regiondakı varlığı ilə barışmalıdır”.