“Cümhuriyyətimizlə bağlı görülən işlər göz qabağındadır...” - Rəis Rəsulzadə

“Cümhuriyyətimizlə bağlı görülən işlər göz qabağındadır...”

“Məhəmməd Əmin Rəsulzadə adına mükafatın təsis edilməsi xəbərini mən də saytlardan oxudum. İndi bunun qaydalarını təsis edən adamlarla görüşəndə aydınlaşdıracağıq. Çünki hələ ki, onların əsasnamələrini oxumamışam. Amma bütün hallarda müsbət addımdır”.
 
Ad - 00:07

 

Bunu Moderator.az-a açıqlamasında Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib. R.Rəsulzadə cümhuriyyətimizlə bağlı atılan bu cür addımları alqışladığını bildirib:
 
“Cümhuriyyətimizlə bağlı görülən işlər göz qabağındadır. Bunu siz məndən yaxşı bilirsiniz. M.Ə.Rəsulzadə irsiylə bağlı kitablar yazılır. Ən çox bununla gənclər maraqlanır. Siyasətçilər arasında da bununla maraqlananlar var. Ona görə də bu cür məsələləri diqqətdə saxladığınız üçün hamınıza təşəkkür edirəm”. 
 
Qeyd edək ki, Azərbaycan Yüksəliş Partiyası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Milli Şuranın rəhbəri, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin adına mükafat təsis olunub. 
 
28 May – Müstəqillik Günü ərəfəsində təsis olunan mükafatın məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin və cümhuriyyətin qurucularının təbliğatını gücləndirmək, bu istiqamətdə fəaliyyətləri təşviq etməkdir. Mükafatın hər il verilməsi planlaşdırılır. 
 
Qeyd edək ki, builki mükafatçılar Azərbaycan Yüksəliş Partiyasının 27 may 2022-ci il tarixində keçirəcəyi “Hüriyyət havasını tənəffüs edək” adlı bayram tədbirində açıqlanacaq.






Fikirlər