Putindən əvvəl həbsinə order verilən dövlət başçıları… - SİYAHI

Putindən əvvəl həbsinə order verilən dövlət başçıları… - Siyahı

Rusiya prezidenti vəzifədə olarkən törədilmiş cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən ittiham edilən ilk Avropa lideri və yalnız dördüncü yüksək səviyyəli liderdir.

 BCM-nin daha hansı prezidentləri cinayətlərdə ittiham etdiyini və onların hansı aqibətlə üzləşdiklərini diqqətinizə çatdırırıq:

Sudan prezidenti Ömər əl-Bəşir. O, BCM tərəfindən həbs qərarı verən ilk dövlət başçısıdır. Onunla bağlı qərar 2008-ci ildə verilib. Əl-Bəşiri Darfurdakı münaqişə ilə bağlı soyqırımda ittiham ediblər. Amma ittiham onun daha 11 il hakimiyyətdə qalmasına mane olmayıb. Əl-Bəşir 2019-cu ildə hərbi çevriliş nəticəsində devrildikdən sonra həbs edilsə də, hələ də Haaqa məhkəməsinə verilməyib.

Liviya prezidenti Müəmmər Qəddafi. Liviya liderinin həbsinə order 2011-ci ildə verilib. O, kütləvi etirazların yatırılması əməliyyatı zamanı insanlığa qarşı cinayət törətməkdə ittiham olunub. Amma Qəddafi məhkəmə qarşısına çıxarılmazdan əvvəl qiyamçılar tərəfindən öldürülüb.

Kotdivuarın prezidenti Loran Qbaqbo. 2011-ci ildə seçkiləri uduzub, bunkerdə gizlənib, hücumdan sonra isə həbs edilərək Haaqaya aparılıb. Qbaqbo hakimiyyəti saxlamaq cəhdində insanlığa qarşı cinayətlərdə ittiham olunsa da, 2019-cu ildə ona bəraət verilib.

Beynəlxalq cinayət ədliyyə sistemində BCM-dən başqa xüsusi hərbi tribunallar da mövcuddur. Yaxın tarixdə onlardan 8-i olub, indi iki beynəlxalq tribunal var: Ruanda və keçmiş Yuqoslaviya üçün.

Son məhkəmə prosesində keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloseviç təqsirləndirilib, o, hökmü gözləmədən Haaqa həbsxanasında ölüb.

Onu da qeyd edək ki, artıq Rusiya prezidenti Putin üçün xüsusi hərbi tribunal yaradılır.

Reyting.az 






Fikirlər