“Elgiz inciyir özü bilər, əgər Ruhəngiz xanımın yardıma ehtiyacı varsa..” -Mənzurədən cavab

“Elgiz inciyir özü bilər, əgər Ruhəngiz xanımın yardıma ehtiyacı varsa..”-Mənzurədən cavab

Dünən “Elgizlə izlə” verilişində əməkdar artist Ruhəngiz Allahverdiyeva və müğənni Mənzurə Musayeva arasında gərgin anlar yaşanıb. Əməkdar artist düzəltdiyi güzgüləri proqramda satışa çıxardıb. Mənzurə isə efirə zəng edərək onlardan birini almaq istədiyini deyib. Qiymətin 300 manat olduğunu eşidən ifaçı dəstəyi yerə asıb. İddia edilir ki, o telefonu söndürərək, zənglərə cavab verməyib. Buna əsəbləşən Elgiz “Mənzurə çox zəngin qadındır. Heç olmasa yalandan deyərdin ki, rayondan toydan gəlim alaram. Sənə zorla güzgü aldırası deyiləm. Sənin bu hörmətsizliyini bağışlamayacam” deyib.
 
Moderator.az-a açıqlama verən Mənzurə Musayeva məsələyə aydınlıq gətirib.
 
“ “Elgizlə izlə” verilişinə Qubadan zəng edib bağlanmışdım. Telefon bağlantısı kəsilib, mənə zəng çatmayıbsa bunun mənə nə aidiyyatı var? Onsuz da ondan əvvəl də bir neçə dəfə məni yığdılar, götürdüm set itdi. Nəhayət ki, set bərpa olunandan sonra danışdıq. Daha sonra set yenə də itdi. Telefon qovşağında işləyirəm?! Kim də inciyirsə incisin, küsən də küssün” deyə müğənni bildirib.
 
Mənzurə xanım deyib ki, verilişdə güzgü məsələsini yenidən gündəmə gətiriblər.
 
“Ruhəngiz xanım o güzgüdən mənə verib. Bu məsələni niyə indi gündəmə gətiriblər? Güzgünü mənə bir il əvvəl verib. İndi əgər yardıma ehtiyacı varsa biz də əlimizdən gələni edərik. Məni hamı tanıyır, xasiyyətimi bilir. Bilirlər ki, hər zaman sənət dostlarıma dəstək olmuşam. İstər maddi, istərsə də mənəvi. Ruhəngiz xanıma da böyük hörmətim var” deyə məşhur bildirib.
“Elgiz inciyir özü bilər, əgər Ruhəngiz xanımın yardıma ehtiyacı varsa..”-Mənzurədən cavab






Fikirlər