İSTANBULDA 70 KQ QIZILLA TUTULAN AZƏRBAYCANLININ Kimliyi və hadisənin detalları bilindi + VİDEO(Yeniləndi)

Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşenin kimliyi və hadisənin detalları məlum olub.

“AzPolitika”  xəbər verir ki, Türkiyə mətbuatında yayılan məlumtlarda  həmin şəxsin polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğlu olduğu bildirilib. 

Məlumatda həmçinin bildirilir ki, o, qızıl qaçaqmalçılığında ittiham olunur.

Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.

Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.

Daha ətraflı videoda:

 

 

***

İstanbulda bir ticarət mərkəzinin qarşısında polis tərəfindən saxlanılan şübhəlinin üzərində 70 kilo qızıl tapılıb.

APA-nın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı araşdırma davam edir.

Məlumatda qeyd olunub ki, 70 kq qızıl İstanbul Prokurorluğu tərəfindən verilən təlimatlar çərçivəsində Qaçaqmalçılıqla Mübarizə Şöbəsi tərəfindən keçirilmiş əməliyyat nəticəsində İstanbulda Azərbaycan əsilli bir nəfərdə aşkarlanıb.

Saxlanılan şəxs özünü diplomat kimi təqdim edib. O, qızılların özünə aid olduğunu da qeyd edib.

Şübhəli şəxs M.G.Ş. taksidə olarkən saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanında hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

***

İstanbulda polis əməkdaşları Azərbaycan vətəndaşında 70 kiloqram qızıl aşkar ediblər.

“Report” xəbər verir ki, bu barədə “Cumhuriyet” qəzeti yazıb.

Hadisə Sarıyer rayonunda ticarət mərkəzinin yaxınlığında baş verib, burada qaçaqmalçılıqla mübarizə şöbəsinin əməkdaşları yoxlama üçün taksini saxlayıblar. Avtomobildə azərbaycanlı M.G.Ş. olub və o, qızılın ona məxsus olduğunu söyləyib. Kişi həmçinin qızıla qanuni sahibliyini təsdiq edən sənədləri təqdim etməyə hazır olduğunu açıqlayıb.

Hazırda İstanbul prokurorluğu araşdırmanı davam etdirir. Hüquq-mühafizə orqanları qiymətli metalın mənşəyini yoxlayır və mümkün hüquqi nəticələri qiymətləndirirlər.






Fikirlər