Dünyada insanları ən çox ÖLDÜRƏN XƏSTƏLİK...

Dünyada insanları ən çox öldürən XƏSTƏLİK - İNFARKT olmamaq üçün OXUYUN

Dünyada insanların ölüm səbəbi sırasında hələ də infarkt ilk yerdədir.

Stress, böyük şəhərlərdə yaşamağın çətin şərtləri, pis vərdişlər (qidalanma və siqaret), şəkər xəstəliyi, yüksək təzyiq, artıq çəki, xolesterol, hərəkətsiz həyat tərzi ilə siz infartka şərait yaratmış olursunuz.

İnfarkt - ürəyin ana damarlarını bəsləyən koroner damarda tıxanma nəticəsində ürək əzələlərinin bir hissəsinin oksigensiz qalması ilə bağlı ürəkdə meydana gələn zədələnmədir. İnfarkt ani olaraq baş verən və ölümcül xəstəlikdir. Dünyada ən çox rast gəlinən xəstəlikdir.

İnfarkt zamanı bədəndə nələr baş verir?

İnfarkt əsasən özünü ağrı ilə büruzə verir. Çünki ağrı bədənin ilk reaksiyasıdır. Bu həmin şəxs üçün böyük şansdır. Ağrı yaranan kimi xəstəyə müdaxilə edilməsi onun yaşamaq şansını artırır.

Bu zaman sinədə 20 dəqiqədən çox ağrı müşahidə edilir. Həmçinin boyun, çiyin və qollarda şiddətli ağrı, nəfəs darlığı, öskürək, baş gicəllənməsi, qusma, mədə bulantısı, soyuq tər, ürəkdə ritm pozuntusu, halsızlıq, narahatlıq və ölüm qorxusu hiss olunur. Bəzən infarkt qəfildən və şiddətli əlamətlərlə başlayır, ona asanlıqla diaqnoz qoymaq olur. Ancaq şəkər xəstəliyi olan şəxslərdə proses zəif ağrılar və narahatlıq hissi ilə başlayır.

Yaşı 35-dən çox olan kişilər, yaşı 45-dən çox olan və ya menopoz dövründə qadınlar, ailədə damar tıxanıqlığı diaqnozu qoyulmuş şəxslər risk altındadır.

Sadaladığımız əlamətləri hiss edənlər ən qısa zamanda telefonla yaxınlarına məlumat verməlidirlər. Olduğunuz məkanda təksinizsə, qapını açıq qoyun, bu, köməyinizə gələnlərin işini asanlaşdıracaq.

Bir stəkan su ilə aspirin qəbul edin. Bundan başqa, heç nə yeyib-içməyin. Şiddətli öskürək müvəqqəti olaraq qan axınını sürətləndirir. Buna görə burun dəliklərinizi bağlayaraq qüvvətli şəkildə öskürün. Pəncərəni açın ki, otağa oksigen daxil olsun. Köməyinizə kimsə gələnə qədər uzanıb gözləyin.

Bu ağrıları hiss edərkən soyuq və ya isti su ilə yuyunmaq olmaz. Xüsusən də soyuq su çox təhlükəlidir. Çünki o ürək damarlarını büzər və vəziyyət daha da ağırlaşar.

Əgər infarkt keçirən şəxs yıxılaraq başından zədə alıbsa, ürəyə müdaxilə müəyyən qədər təxirə salına bilir.

Xəstəyə anjio edilmədiyi zaman xəstəxana şəraitində tromblar təmizlənir və damar açıcı dərmanlar verilir. 1 saat ərzində təsirini göstərən bu dərmanlar damarların tıxanıqlılığını aradan qaldırır. Dərmanlar həmçinin ağrını aradan qaldırır, ürək ritmini tənzimləyir və nəfəs almanı asanlaşdırır. 4-6 saat ərzində ediləcək kömək ürəyin zədə almadan xilasına imkan verir.






Fikirlər