Qadınların kişilərdən 10 FƏRQI

Qadınların kişilərdən 10 fərqi

Qadınlar və kişilər tamamiə fərqli varlıqlardır. Belə ki, qadının qəlbi kişilərə nisbətdə daha həssas və kövrək olur. Bunun üçün də həddindən artıq stress və kədərin təkan verdiyi "qəlbi sınıqlıq" xəstəliyinə qadınlarda daha tez rast gəlmək olur.

"AzerTaym.az" deyerler.org-a istinadən bildirir ki, qadınların kişilərdən fərqlənməsi baxımından 10 maraqlı xüsusiyyətlə tanış olacaqsınız.

1. Beyni unutmur

Norveçdə aparılan bir araşdırmaya əsasən, qadınlar daha çox hadisəni yaddaşlarında saxlayırlar. Bunun səbəbi aydın olmasa da, xüsusilə yüksək təzyiq və damar sərtliyi ilə əlaqəli beyindəki qocalmanın qadınlarda daha az müşahidə olunduğu ehtimal olunur.

2. Daha çox danışır

Xüsusilə cəmiyyət içində qadınların kişilərə nisbətən daha çox danışdığı və təxminən 2 dəfə daha çox söz sərf etdiyi məlumdur. Bunun səbəbinin isə, duyğuların sözlərə axını prosesində qadın beynində daha böyük bir sahənin funksiyalaşdığı güman edilir.

3. Daha kövrəkdir

Ümumiyyətlə həddindən artıq stress və kədərin təkan verdiyi "qəlbi sınıqlıq" xəstəliyi də qadınlarda daha çox müşahidə olunur. Qadın ürəyinin damarları daha incə və büzüşməyə daha meylli olduğu üçün zədələnmiş qadın qəlbinin damarlarını müalicə etmək, kişilərə nisbətən daha əziyyətlidir.

4. İnfarkta daha dözümlüdür

Kişilərlə müqayisədə qadın ürəyində damar xəstəliyinin yaranma riskində 10 illik fərq mövcuddur. Bunun əsasında qadınlıq hormonunun qoruyucu təsiri və siqaret, alkoqol kimi zərərli vərdişlərin daha az olması güman edilir. Bu fərq menopozdan sonra azalır.

5. Ağrı həddi daha yüksəkdir

Qadınlarda ağrı həddinin yüksək olması, xüsusilə doğum sancılarına dözməyi təmin edən quruluş xüsusiyyətlərdən biridir. Amma ağrı həddinin yüksək olması və ağrı yerinin tam seçilməməsi, xüsusilə infarkt keçirən qadınlarda diaqnoz qoyma çətinliyi yarada bilir.

6. Hormonlar asılılıqdan qoruyur

Aparılan araşdırmalar vaxtı spirtli içkilərin qəbulundan sonra qadınların beynində həzz hissi verən hormonların daha az miqdarda ifraz olunduğunu göstərir. Maddə asılılığı riskini azaldan bu xüsusiyyət, digər tərəfdən depressiya riskinin qadınlarda daha yüksək olmasına səbəb olur.

7. Daha çevikdirlər

Qadın bədəni kişi bədəninə nisbətən daha elastik quruluşa malikdir. Oynaqlarının da fəallığı daha genişdir. Bu xüsusilə uzun və arıq qadınların ürək qapaq quruluşunun daha zəif olmasına və daha tez-tez həyəcan şikayətlərinə yol aça bilir.

8. Burnu daha yaxşı qoxu ala bilir

Qoxu ayırd etmədə qadınlar kişilərə nisbətən bir addım öndədir. Burundakı qoxuya həssas hüceyrələrin qadınlarda daha çox olması aparılan araşdırmalarla isbatlanmışdır. Bu xüsusiyyətləri sayəsində pozulmuş ərzaqları daha tez hiss edə bilirlər.

9. Bel yağlanması daha azdır

Qadınlar quruluş baxımından bel bölgəsində yağ yığmağa daha az meyllidirlər. Damar sərtliyi riskini azaldan bu xüsusiyyət, təəssüf ki, qadınlarda piylənmə sıxlığının artmasına bağlı olaraq getdikcə azalmaqdadır.

10. Daha uzun yaşayır

Normal həyat gözləntiləri qadınlarda təxminən 5 il daha çoxdur. Buna səbəb kimi, qadınların ürək və damar xəstəliklərinə daha az yoluxması, sosial əlaqələrinin kişilərə nisbətən daha möhkəm olması və özlərinə daha çox diqqət yetirmələri göstərilir.






Fikirlər