VEYSƏLOĞLU- Azərbaycanın BREND MARKASI kimi...
Müasir dünyada dövlətlərin, ölkələrin və hətta xalqların əsas qürur mənbələrindən biri də onları dünyada tanıdan şirkətlər, istehsal etdkləri məhsullar və təqdim etikləri xidmətlərdir. Müstəqil Azərbaycan da tədricən özünün qüruru olacaq şirkətləri yaratmaqdadır. Doğrudur, bu şirkətlər hələ ki dünyada məşhurlaşmayıblar. Ancaq bir çox şirkətlərin strategiyası onları yaxın on illikdə ən azından regionda bir brendə çevirə bilər. Müasir texnologiyaların həyatın bütün sahələrini sürətlə dəyişdiyi indiki zamanda zamanın çağrışlarına davam gətirmək üçün hər bir şirkət daima yeniləşmək məcburiyyətindədir. Ancaq doğru strategiya olmadan yenililəşmə öz-özlüyündə nəticə verə bilməz. Azərbaycanda gələcəyə yönəlik strategiyası olan bir neçə şirkət diqqəti cəlb edir. Onlardan biri də Veysəloğlu Şirkətlər Qrupudur. Şirkətin quruluşundan bu günə kimi keçdiyi yol onun doğru inkişaf strategiyası müəyyən etdiyini təsdiq edir. 1994-cü ildə topdan satış mərkəzi kimi fəaliyyətə başlamış Veysəloğlu Satış və Distribüter Şirkəti ilk illərdə yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olub. Həmin illərdə bu sahədə çoxlu yerli şirkətlər fəaliyyət göstərib. Onların böyük əksəriyyətinin gələcəyə yönəlik strategiyası olmadığı üçün zamanla fəaliyyətlərini dayandırmalı olublar. Ancaq Veysəloğlu Satış və Distribüter Şirkətinin düzgün hədəf, düzgün seçim, düzgün qərar və birgə iş prinsipi bu Şirkəti uğurdan-uğura aparırıb. İldən ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş Veysəloğlu Satış və Distribütor Şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilmişdir. Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyətində diqqət çəkən məqamlardan biri də onun sosial yönümlü özəl struktur olmasıdır. Bu isə Azərbaycanda çox az sayda şirkətə xas olan özəlliklərdir. Qeyd edək ki, ötən əsrin sonlarından başlayaraq Avropada və ümumiyyətlə Qərbdə şirkətlərin sosiallaşması prosesi başladı. Belə şirkətlərin gəlirliliyi ilə yanaşı cəmiyyətə və fərdlərə münasibətdə sosial layihələri də önəm qazanmağa başladı. Ölkəmizdə bu istiqamətdə çox az şirkətin fəaliyyəti diqqəti cəlb edir. Belə görünür ki, əksər şirkətlər əsas məqsədlərinin gəlirlərini artırmaq olduğunu güman edir. Veysəloğlu Şirkətlər Qrupu isə bu tipli şirkətlərdən tamamilə fərqlənir. Şirkətin OBA Market layihəsi Azərbaycanda ilk sosial yönümlü ticarət brendi hesab oluna bilər. 2016-cı ildə başlayan OBA marketlər şəbəkəsinin əsas məqsədi gündəlik təlabat məhsullarının mümkün olan ən ucuz qiymətə və yüksək keyfiyyətlə müştərilərə təqdim etməkdir. Yüksək endirim (hard-discount) modelini Azərbaycanda ilk olaraq tətbiq edən OBA marketlər şəbəkəsi 700-ə qədər gündəlik tələbat məhsullarını istehlakçılara təqdim edir. Marketlər şəbəkəsində satılan məhsulların əksəriyyəti şəxsi markalardır (PL- Private Label). OBA marketlər şəbəkəsi şəxsi markalarla yanaşı dünyanın tanınmış brendlərini də müştərilərinə ucuz qiymətə təqdim edir. Bunun nəticəsində cəmiyyətin azgəlirli təbəqəsi gündəlik mallara olan tələbatını rahat təmin edə bilir. Veysəloğlu Şirkətlər Qrupunun bu layihəsi eyni zamanda cəmiyyətdə sosial gərginliyin azaldılmasına böyük tövhə verir. Bu isə dövlətçiliyə edilən ən böyük xidmət hesab oluna bilər. Veysəloğlu Şirkətlər Qrupunun İnsan hüquqlarına hörmət prinsipinin vacibliyini və ümumbəşəri əhəmiyyətini qeyd etməsi, bu dəyərlərə hörmət olunmasının önə çəkilməsi də Azərbaycan iqtisadiyyatının özəl sektorunda fəaliyyət göstərən şirkətlər içində bir ilk və gözəl nümunədir. Veysəloğlu Şirkətlər Qrupunun bu uğurları qazanmasında onun qurucularının və idarəedicilərinin böyük rolu var. Ancaq Veysəloğlu Şirkətlər Qrupunun prezidenti Aydın Talıbovun rolu xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə, hər bir şirkətin inkişafı ilk növbədə onun rəhbərinin dünya görüşündən, iqtisadiyyata və cəmiyyətə baxışından asılıdır. Veysəloğlu Şirkətlər Qrupunun 24 illik bir tarixdə keçdiyi inkişaf yolu, bu gün Azərbaycan iqtisadi həyatının ayrılmaz parçasına çevrilməsi ilk növbədə məhz Aydın Talıbovun uğurudur. "Veysəloğlu"-nun gələcəyə yönəlik strategiyasının doğru seçilməsi bu özəl strukturun qarşıdakı illərdə yeni-yeni uğurlara, layihələrə imza atacağından xəbər verir. Azər Abdul.