11.03.2014. - “Dərman şirkəti vətəndaşları aldatmaqla məşğuldur“

11.03.2014. -  “Dərman şirkəti vətəndaşları aldatmaqla məşğuldur“Şikayətçi Natiq Məmmədov: "Pulumu geri tələb etdiyimə görə, şirkətin mühafizəçiləri məni döyərək, bayıra atdılar"

Son illərdə Azərbaycanda saxta dərman satan şirkətlərin, firmaların sayı ciddi şəkildə artmaqdadır. Bu şirkətlər saxta dərman satmaqla yanaşı, eyni zamanda, vətəndaşları işə düzəltmək vədləri ilə aldatmaqla da məşğuldur.

Belə şirkətlərdən biri - Rəşid Behbudov küçəsi, 53 ünvanında, “Smile Plaza” (keçmiş “Jalə Plaza”) kimi tanınan binanın 5-ci mərtəbəsində yerləşən “Tiens Azerbaycan” şirkəti haqqında “Yeni Müsavat”a aldadıldığını iddia edən şəhər sakini Natiq Əli oğlu Məmmədov məlumat verib.

11.03.2014. -  “Dərman şirkəti vətəndaşları aldatmaqla məşğuldur“

Bakıxanov qəsəbəsi, Axundov küçəsi, ev 17-də yaşayan Natiq Məmmədov həmin şirkət barədə iradlarını bildirib: “Super market” qəzetində “Tiens Azərbaycan” şirkətində işə düzəltməklə bağlı elana rast gəldim. İşsiz olduğuma görə dərhal ora getdim. Məndən 10 manat pul tələb etdilər ki, səni işə düzəldəcəyik. Mən də razılaşdım. Tez-tez iclaslar keçirir, vətəndaşları dərman almaq üçün alıcı cəlb etməyə çağırırdılar. Bunun müqabilində isə hər dərmana görə faiz verəcəklərini deyirdilər. Onda anladım ki, iş dedikləri, bu iş imiş... Pulumu geri tələb etdim ki, belə bir iş mənə lazım deyil. Şirkətin mühafizəçiləri məni döyərək, bayıra atdılar. Bu saxta şirkət barədə çox yerə şikayət etdim. Amma nəticəsiz qaldı. Mənim kimi minlərlə vətəndaş bu şirkətdə aldadılıb. Mənim “Yeni Müsavat” qəzetinə bu məlumatı verməkdə məqsədim, vətəndaşlarımızı belə saxta şirkətlər haqqında xəbərdar etməkdir. Aidiyyatı qurumlardan belə şirkətlər barədə tədbirlər görməyi xahiş edirəm”.






Fikirlər