12.02.2014. - Saxta diplom qalmaqalı davam edir.

12.02.2014. -   Saxta diplom qalmaqalı davam edir. Kəlbəcər Təhsil Şöbəsinin və AMİ-nin Qazax filialının saxta diplomlarla işə götürdüyü müəllimlərin növbəti siyahısı yayılıb.
Bu barədə AzerTaym.az "Avropa.info"ya istinadən xəbər verir.
Belə ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin (TŞ) sabiq müdiri Məhəmməd Bağırov 2009-2011-ci illərdə Kəlbəcər rayonun 114 tam orta məktəb və 13 filalı üzrə 987 nəfər müəlimi Təhsil Nazirliyinin nomenkulaturasından kənar işə qəbul edib.
Bu fakt Kəlbəcər TŞ-nin pedoqoji şurasının 24.06.2013-cü il tarixli qərarında da öz əksini tapıb. Bu illər ərzində işə qəbul edilən müəlimlərin 300 nəfərinin müxtəlif xarici ölkələrin, eləcə də yerli təhsil müəssisələrinin saxta diplomları ilə işə götürüldüyü də üzə çıxıb. Kəlbəcər rayon İcra hakimiyyətinin təşkil etdiyi komissiya yoxlaması zamanı məlum olub ki, sabiq TŞ-nin müdiri Məhəmməd Bağırov 2011-2012-ci illərdə 2013-cü ilin tədris büdcəsinin 510 min manatını da mənimsəyib. Kəlbəcər TŞ-nin anbarında qiyməti milyonlarla dəyərləndirilən inventarlar da kağız üzərində olmaqla yoxa çıxıb.
Göstərilən mənimsəmə və talançılıq faktları baş prokuror yanında Korrupsiya qarşı mübarizə İdarəsinin İstintaq şöbəsində istintaqı aparılan 132026224 nömrəli cinayət işinə əlavə edilib. Adı korrupsiya və saxta diplom qalmaqalında hallanan sabiq Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri yüzlərlə Kəlbəcər sakininin vəzifəsindən sui-istifadə edib aldadaraq müvəqqəti əmək müqaviləsi ilə müəllim kimi işə götürməsi nəticəsində vətəndaşlara qiyməti milyonlarla hesablanan maddi ziyan vurması da üzə çıxıb.Son günlər saxta diplomla bağlı adları qara siyahıya salınan müəllimlərin sabiq TŞ müdiri M.Bağırovdan verdikləri pullarını geri tələb etdikləri də bildirilir.


12.02.2014. -   Saxta diplom qalmaqalı davam edir.
12.02.2014. -   Saxta diplom qalmaqalı davam edir.






Fikirlər