Şamaxıda Vətən Müharibəsi iştirakçısı işlədiyi məktəbdə direktorun özbaşınalığından şikayətçidir...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Bu günlərdə Şamaxı rayonunu Sabir qəsəbə kənd tam orta məktəbində hərbi müəllim işləyən müharibə veteranı,  AzerTaym.az-ın elektron poçtuna göndərdiyi şikayət  ərizəsinin ictimailəşdirilməsini xahiş edib.

Hüquqlarının pozulduğunu iddia edən vətəndaşın xahişini nəzərə alaraq onun şikayət ərizəsini nəzərinizə çatdırırıq:

Mən Salahov Fəraiz Çingiz oğlu, ehtiyatda olan zabit, Vətən Müharibəsi iştirakçısı olaraq, 01.10.2024 cü ildən hal-hazıra qədər Şamaxı rayonunu Sabir qəsəbə kənd tam orta məktəbində Hərbi Rəhbər vəzifəsində çalışıram. Bu ilin may ayının ikinci yarısına qədər bir neçə xırda məsələlər olsada, istər direktorla, istərsədə kollektivlə normal keçinirdik.

May ayında 10 cu sinifin jurnalında mənim səhifəmdə yazdığım yeddi aylıq qayıbların silinməsini aşkarladım. Rəhbərliyə müraciət etdim və "belə məsləhətdir" cavabını aldım. Məndə haqlı olaraq etirazımı bildirdim, qayıb sayı ilə və dərsə gəlməyəcək, heç bir summativdə iştirak etməyərək "2" qiymət alan 10 və 11 sinif şagirdlərinin sinifdən sinifə keçirilməməsini və ya attestatla təmin olunmamalarını NK 1998 ci il 119 saylı qərarına əsasən tələb etdim. Əksi təqdirdə məhkəməyə müraciət edəcəyimi bildirdim. Direktor Gülnurə Babaşova və müavini Mehriban Muradova mənə dedilər ki, get nə bilirsən elə. Məndə təbiiki Təhsil nazirliyinə müraciət etdim və nazirlikdə Şamaxı rayon prokurluğunun araşdırmasına yönəltdi.
Sonradan məlum oldu ki, attestatların şagirdlərə verilməsi müəyyən məbləğ pul müqabilində olur, bütün summativlər üçün pul yığılır, bir müəllimin adına sinif rəhbərliyi yazıb işin və pulunun müavinə və psixoloqa həvalə olunub. Bunların hamısının sübutlardan var. Lakin belə söhbətdə gəzir ki, tədris ilinin əvvəlində hər fənn müəllimindən 300-400 manat pul alaraq dərs saatlarını bölür və əlavə 2 saat dərs verir(hələki bu iddianın dəlilini əldə etməmişəm). Bunlardan sonra əli hər yerdən üzülən direktor növbədən kənar pedoqoji şuranın iclasını çağıraraq mənə töhmət elan edir. Lakin 60 a yaxın müəllimdən təxminən 30 müəllim iclasda iştirak edir. Buda onu göstərir ki, mənə verilən töhmət hüquqi qüvvədə deyil. Mən yazılı, möhürlü töhmətimi 3 gün sonra güclə ala bilmişəm direktordan. Məhkəmədə həmən töhmətin necə və nəyə əsasən verilməsini tələb edəcəm.

Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilənlərin nəzərinə

AzerTaym.az

 

 






Fikirlər