Bakıda beynəlxalq NƏQLİYYAT sərgisi keçirilir

Bakıda beynəlxalq nəqliyyat sərgisi keçirilir

Bu gün Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika”(TransCaspian 2016) sərgisi işə başlayır.

Ölkə.Az xəbər verir ki, Azərbaycanın Nəqliyyat Nazirliyi tərəfindən dəstək göstərilən builki sərgidə nəqliyyat sənayesinin naliyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq. 

TransCaspian 2016 sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin dövlət nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüş, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli dövlət infrastruktur layihələri ilə yaxından tanışlıq, məhsulların satışı üçün yeni bazarların müəyyənləşdirilməsi və təcrübə mübadiləsi baxımından unikal imkan yaradır.

Qeyd edək ki, sərginin rəsmi açılış mərasimi saat 11:00-da baş tutacaq.

 AzerTaym.az






Fikirlər