22.08.2014- İlham Əliyev amerikalı komandanı qəbul etdi

22.08.2014- İlham Əliyev amerikalı komandanı qəbul etdiAzərbaycan prezidenti İlham Əliyev avqustun 22-də ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu sahəsində uğurla inkişaf etdiyi vurğulanıb Azərbaycanda nəqliyyat infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli xidmət vasitələrinin yaradıldığı bildirilib, bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.Həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və əldə etdiyi iqtisadi uğurlar nəticəsində ölkəmizin beynəlxalq nəqliyyat daşımaları sahəsində mühüm məkanlardan birinə çevrildiyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.






Fikirlər