Xızıda müəllimləri daşıyan avtobus aşdı: 3 ÖLÜ, 21 YARALI (Yenilənib, FOTO, VİDEO)

Xızıda müəllimləri daşıyan avtobus aşdı: 3 ölü, 21 yaralı (Yenilənib, FOTO, VİDEO)

Qəza müəllimlər Altıağac qəsəbəsində istirahətdən Bakıya qayıdarkən baş verib

 
Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın məlumatına görə, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.
 
İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
***
ANS-in məlumatına görə, rayonun Yarımca kəndindən gələn mikroavtobus Qızıl Qazma kəndində dərəyə yuvarlanıb. 
 
Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə bildirib ki, həlak olanlar Sumqayıtdan Xızıya istirahətə gəlmiş kollec tələbələri olub.
 
Hazırda Xızı, Sumqayıt və Siyəzən rayonlarının təcili yardım avtombilləri hadisə yerinə yönəldilib. Xilasetmə işləri aparılır.  
***
Xızıda baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb. APA-nın məlumatına görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.
 
Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Xızıda aşan avtobusdakılar müəllimlər olub. “Report” xəbər verir ki, ölənlərdən biri Sumqayıt Dövlət Texniki Kollecinin idman müəllimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğludur.
Yaralılardan 11 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
***
Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.
 
APA-nın məlumatına görə, onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira Mollayeva, Ziba Rəhimova, Lalə Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov, Rasim Rzayev, Leyla Fərhadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev, İradə Əliyeva, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyev və Vüsalə Ağabəylidir.
 
Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəllimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Zərərçəkənlərin əksəriyyəti Sumqayıt Dövlət Texniki əməkdaşlarıdır.
***
Mayın 29-da Xızıda baş verən yol qəzası nəticəsində ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib.
 
APA-nın şimal bürosunun məlumatına görə, həmin şəxs Sərxan Abdullayevdir.
 
Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.
***
Xızıda müəllimləri daşıyan avtobusun aşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb. Bu barədə “Report”a Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Dadaş Hümbətov məlumat verib.
 
Onun sözlərinə görə, Siyəzən xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti qənaətbəxşdir.
 
***
Sumqayıt Dövlət Universitetinin prorektoru Nizami Namazov yaralılara baş çəkmək üçün Siyəzən rayonuna gəlib.
Prorektor “Report”a bildirib ki, müəllimlər kollektiv şəkildə istirahətə gediblər: “Qəza onlar istirahətdən qayıdarkən baş verib. Xəbəri eşidən kimi Xızıya, oradan da Siyəzən rayonuna gəlmişəm. Buradan da Sumqayıt şəhərindəki yaralılara baş çəkəcəyəm”.
 
















Fikirlər