GÖYGÖLdə QƏZA - 8 NƏFƏR yaralandı...

 Göygöldə sürücü diqqətsizliyi ağır yol qəzasına səbəb olub. 

Hadisə zamanı 8 nəfər xəsarət alıb.
Yol qəzası bu gecə saat 00:10 radələrində Göygöl rayonunun mərkəzində baş verib. "Hyundai Sonata" markalı avtomobillə “VAZ 2107”nin toqquşması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Araz Tanrıverdiyev, Taleh Səmədzadə, Rüfət Həsənov, Şaiq Əhmədov, Qədim Abdıyev, Bilman Abdıyev, Sahib Quliyev, Sənan Məcidov dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıblar. Qədim Abdıyev və Sahib Quliyevin vəziyyəti ağır olduğundan ixtisaslaşmış tibb ocağına göndəriliblər. Digər yaralıların müayinə və müalicəsi Təcili Tibbi Yardım Xəstəxanasında davam etdirilir.
Şahin Quliyev- həkim: “Şöbəmizə Göygöl rayonundan avtoqəza nəticəsində 8 nəfər gətirilib. Onların ikisinin vəziyyəti ağır olduğundan Mərkəzi Klinikaya aparıldılar. İki xəstənin vəziyyəti isə orta-ağırdır. 4 nəfərə ambulator yardım göstərildi”.
İlkin ehtimala görə, hadisəyə dumanlı hava şəraiti səbəb olub. Düzgün sürət seçməyən sükan sahibləri qəza törədiblər. Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.






Fikirlər