Sürücülərin nəzərinə - Bu yolda hərəkət MƏHDUDLAŞDIRILACAQ

Aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

AzerTaym.az xəbər verir ki, Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin məlumatına görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 






Fikirlər