Zığ-Hava limanı yolu təmir OLUNACAQ

Zığ-Hava limanı avtomobil yolunda təmir işləri aparılır.

Bu barədə"Azəravtoyol” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
Qeyd edib ki, bir müddət ərzində sözügedən yolda təmir işləri görüləcək: "Profilaktik təmir işlərinin görüldüyü 1 zolaq üzrə hərəkət hissə-hissə məhdudlaşdırlaraq, digər boş qalacaq zolaqlara yönəldiləcək.
Sürücülərin sözügedən yoldan istifadəsi zamanı diqqətli olmaları, profilaktik təmir işləri ilə əlaqədar olaraq quraşdırılan müvəqqəti yol nişanlarına və sürət həddinə əməl etmələri tövsiyə olunur".
AzerTaym.az
 






Fikirlər