70-dən çox sürücü saxlanıldı - REYD

Картинки по запросу sürücü saxlanıldı

Şəki şəhərində Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti şimal-qərb bölgəsində qaydaları pozan sürücülərə qarşı reyd keçirib.

Şəki və Balakəndə keçirilən reydlər zamanı 70-dən çox avtonəqliyyat vasitəsi saxlanılıb.
Yol hərəkəti və hərəkətin təhlükəsizliyi, sərnişin və yükdaşıma qaydalarının pozulması, fərqlənmə nişanı, xüsusi fərqlənmə nişanı, marşrut kartı olmayan və avtovağzallarda müvafiq sənədləşməni aparmayan avtobus sürücüləri barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. 
Reydlər iyulun 31-nə qədər davam edəcək.

AzerTaym.az 






Fikirlər