“LEYLƏK” uşaq bezindən qurd çıxdı – FOTO

“Leylək” uşaq bezindən qurd çıxdı – Foto

Bakıda "Leylək” uşaq bezindən qurd çıxıb.

Bu barədə Feysbuk istifadəçisi olan bir ana foto paylaşıb. Onun sözlərinə görə, uşaq üçün aldığı bezi qurd basıb.

O, bu məhsulları almamağa çağırış edib. "Leylək” uşaq bezləri Azərbaycanın ilk yerli uşaq bezi markasıdır. Şirkət İFFA-2010 MMC-nin tərkibində fəaliyyət göstərir. Leylek.az saytında bu firma haqda məlumat yerləşdirilib.

"Leylək” şirkəti özünü tərifləməsinə baxmayaraq, bezindən qurd çıxması ilə artıq hansı keyfiyyətə malik olduğunu nümayiş etdirib. Körpələrin həyatına birbaşa təhlükə yaradan bu fakt kifayət edir ki, "Leylək” rəhbərliyinin məsuliyyət hissi haqda təəssurat formalaşsın.

İstənilən uşaq bezi üç qatdan ibarət olur. Körpənin yumşaq yerini quru saxlayan daxili, hidrofil(suçəkən) təbəqə, ardınca uşağın sidiyini kütləyə çevirən sellioz və geldən ibarət qat, sonuncu qat, uşağın ifrazatının bayıra çıxmasını ənğəlləyən plyonka təbəqədir.

Vaxtiylə 150-200 qram olan bezin çəkisi bu gün 50 qrama çatıb, qalınlıqda da xeyli fərq var. Artıq illərdir, bütün dünya uşaq bezlərindən istifadə etməkdə davam edir. Hətta yenicə doğulan uşaq bezə bükülür.

Bir bezin qiyməti bizdə 15-20 qəpikdən (yenidoğulmuşlar üçün) başlamasına baxmayaraq hamı istifadəyə çalışır. Amma "Leylək” firması qurdlu bezi ilə bu rahatlığı elə pozub ki, çətin yaxın gələn olsun. Üstəlik, o qədər də populyarlaşmayan firmanın bu faktdan sonra fəaliyyəti ilə bağlı araşdırmaya zərurət var.

Digər uşaq bezi firmaları ilə bağlı da araşdırmalarımız davam edir. Yaxın günlərdə "Pampers”, "Can bəbə”, "Huggies” və digər şirkətlərinin məhsulları haqda yazılarımız olacaq. "Leylək” firmasının bu yazı ilə bağlı mövqeyini dərc etməyə hazırıq.(TİA.az)

 

 






Fikirlər