400 oğurlanmış uşaq azad edildi

400 oğurlanmış uşaq azad edildi
Oğurlanan və Burkin-Fasonun qızıl mədənlərində işləməyə məcbur edilən 400 uşaq İnterpolun rəhbərliyi altında keçirilən beynəlxalq əməliyyat zamanı yerli hüquq-mühafizə orqanları tərəfindən azad edilib.
Burkin Fasoda keçirilən əməliyyat zamanı uşaq alveri ilə məşğul olan 73 nəfər həbs edilib. Qana polisinin əməkdaşı Pasiens Kvayon bildirib ki, onlar uşaqları yerin dərinliyindəki şaxtalarda tapıb və yuxarı qaldırıblar.
İnterpolun məlumatına görə, uşaqlar Qərbi Afrika ölkələrindən, xüsusən də Nigeriyadan oğurlanıb. Onlar dar, 70 metr dərinlikdə yerləşən, praktiki olaraq havasız şaxtalarda ekstremal şəraitdə məcburi fiziki əməyə cəlb olunublar: "Təhsil almaq hüququndan da məhrum edilən uşaqlara əmək haqqı da verilməyib".
Qeyd edək ki, ötən il Qana polisinin İnterpolla birlikdə keçirdiyi iki genişmiqyaslı əməliyyat zamanı da oğurlanaraq fahişəliyə cəlb edilən, eləcə də balıqçılıq sahəsində pulsuz işləməyə məcbur edilənd 250 uşaq xilas edilmişdi.






Fikirlər