Onlar 700 bal topladı - SİYAHI+FOTOLAR

“Onlar 700 bal topladı - Siyahı+Fotolar

Azərbaycanda I və IV ixtisas qruplarından imtahan verən 6 abituriyent 700 bal toplayıb.

Qafqazinfo” 700 bal toplayan abituriyentlərin adlarını və məzun olduqları məktəblərin siyahısını təqdim edir:

I ixtisas qrupu üzrə :

1. Tural Ağayev - Bakı Türk Liseyinin məzunudur, əslən Zəngilan rayonundandır. Turalın anası evdar qadın, atası isə fəhlədir.

2. Rəvan Nəzərəliyev- Xırdalan 5 saylı tam orta məktəbi. 

Rəvanın atası maşın ustasıdır, anası riyaziyyat müəllimidir. Ailədə üç qardaşdılar. Rəvan ailədə yüksək bal toplayan ilk uşaq deyil. Böyük qardaşları da 600-dən yuxarı bal toplayaraq universitetə daxil olublar. Hansı ixtisası seçəyini dəqiqləşdirməyib.

3. Nadir Sultanlı – Ankara məktəb-lisey. Sultanlı Nadirin anası evdar qadındır, atası isə BP də işləyir.


IV ixtisas qrupu üzrə :

1. Səbinə İsmayılova. Qazax rayonu Canallı kənd orta məktəbinin məzunu

2. Orxan Zülfüqarov – Şəmkir rayonu, Çinarlı qəsəbə 2 saylı orta məktəbi. Orxanın atası riyaziyyat müəllimi, anası isə evdar qadındır. O, Tibb universitetində təhsil almaq istəyir.

3. Ağalətif Lətifov – İsmayıllı rayonu, 5 saylı orta məktəbi. Ağalətifin atası da İsmayıllı 5 saylı orta məktəbdə riyaziyyat müəllimi, anası isə evdar qadındır. O da Tibb Universitetində təhsil almaq istəyir.

 






Fikirlər