Bu gündən Batumiyə SU QİYMƏTİNƏ gedə bilərsiniz

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb.

 Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Publika.az-a verilən məlumata görə, reyslər  həftənin 1,3 və 5-ci günləri həyata keçiriləcək. Avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq. Gediş biletinin qiyməti 35 manat təşkil edir.






Fikirlər