İnternet asılılığı insanı necə məhv edir - PSİXOLOQ

İnternet asılılığı insanı necə məhv edir -

"İnsanlar mənəvi boşluqlarını internetlə doldurmağa çalışırlar".

Bu sözləri axar.az-a psixoloq Könül Cəfərova insanların internet asılılığı haqda danışarkən deyib. Onun sözlərinə görə, bütün həyatını internetdən asılı hala gətirmək faciədir:
“Bir var bıçaq cərrahın əlindədir, bir də var caninin. Cərrahın əlində olan bıçaq təbii ki, kiminsə həyatını xilas edə bilər. Caninin əlindəki bıçaq isə kiminsə həyatına son qoyacaq. İnternetdən asılı olmaq məhz bıçağın cərrahın yox, caninin əlində olması kimi bir şeydir.
Bu daha çox ailə və şəxsiyyətlərarası münasibətlərdə insanların özünü təsdiqləyə bilməməsindən yaranır. Bu asılılıq birmənalı olaraq ünsiyyət prebleminə səbəb olur. Nəticədə virtual ünsiyyət real ünsiyyəti kölgədə qoyur.
Virtual aləmdə insanlar ideal “mən”i ilə real “mən”i arasında ziddiyyətlər yaşayır. Onlar şüuraltı olaraq formalaşdırdıqları ideal “mən”lərini virtual ünsiyyət vasitəsilə reallaşdırırlar. Bu zaman insan özünü olduğundan fərqli təqdim edir. Bu da onun şüuraltı olaraq özgüvən əskikliyinin məhdud səviyyədə olduğunu göstərir.
Kişilərin asudə vaxtı qadınlara nisbətən çox olduğuna görə, onlar internetdən daha çox istifadə edirlər”.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayına olan statistikaya әsasәn, Azәrbaycan әhalisi 9.92 milyon nәfәrdir və əhalinin 7.64 milyon nәfәri internet istifadәçisidir. Bu rәqәm 2016-cı ilin analoji ayına nisbәtdә 28 faiz çoxdur. Sosial media istifadәçilәrinin 69 faizi kişi, 31 faizi isә qadınlardır.

 






Fikirlər