Şeyx Abutalıbovdan xahiş etdi

“Bu addım savab əməl olmaqla yanaşı...”

Şeyx Abutalıbovdan xahiş etdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova rəsmi müraciət ünvanlayıb.

Azertaym.az-ın xəbərinə görə, müraciətdə deyilir ki, Təzə Pir məscidinin ərazisi ölkə başçısının sərancamı əsasından əhəmiyyətli sürətdə genişlənib. Burada Qafqaz Müsəlmanları İdarəsi, Bakı İslam Universiteti və digər inzibati binalar tikilərək hazırda böyük kompleks təşkil edir. Dindarlarımız, şəhər sakinlərinin, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların ziyarət etdiyi bu kompleksin əsas qapısı hazırda Mustafa Sübhinin adını daşıyan küçəyə açılır. Bir müddət Rusiyada fəaliyyət gösətərən peşakar-inqlabçı ateist Mustafa Sübhinin adına bu gün nə vətəni Türkiyədə nə də Rusiyada heç bir küçə, yaxud da hansısa müəssisə var.

A.Paşazadə yazıb: "Təzə Pir məscidinin əsas giriş qapısının yerləşdiyi Mustafa Sübhi küçəsində Nabat xanım Aşurbəyovanın adınının verilməsi üçün mücafiq sərəncam verməyinizi xahiş edirəm. Bu addım savab əməl olmaqla yanaşı, həmçinin dövlətimizin Azərbaycan qadınına və möminlərinə ehtiramının bariz nümunəsi olacaq.
"






Fikirlər