Bu il də oğlanlar qızları ÜSTƏLƏDİ - RƏQƏMLƏR

 

 

Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub.

AzerTaym..az-ın xəbərinə görə, Trend Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır.

Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9929513 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.






Fikirlər

Şərh müəllifi: Altonfap                 Tarix: Dünən, 16:56                 [ Cavabla ]

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi